EN

Rusiya XİN-in keçmiş əməkdaşı dövlətə xəyanətə görə 12 il həbs cəzasına məhkum edilib

Moskva Şəhər Məhkəməsi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş əməkdaşı Arseni Konovalovu ABŞ-a məxfi məlumatlar ötürdüyünə görə 12 il müddətinə azadlıqdan məhrum edib.

APA xəbər verir ki, bu barədə TASS Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Konovalov dövlətə xəyanətdə təqsirli bilinib və sərt rejimli koloniyada cəzasını çəkəcək.

FTX-nin məlumatına görə, Konovalov 2024-cü ilin martında xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə saxlanılıb. İstintaq müəyyən edib ki, o, Rusiya XİN-in əməkdaşı olduğu dövrdə ABŞ ərazisində uzunmüddətli ezamiyyətdə olarkən, pul qarşılığında xidmət fəaliyyəti zamanı əldə etdiyi məxfi məlumatları təşəbbüs göstərərək ABŞ kəşfiyyatına ötürüb.

Chosen
37
1
apa.az

2Sources