EN

Kim Çen In raket və artilleriya istehsalının modernləşdirilməsini tapşırıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şimali Koreyanın lideri Kim Çen In raket və artilleriya mərmilərinin istehsalının modernləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib. Qərar onun əsas hərbi-sənaye müəssisələrinə apardığı yoxlamaların nəticələrinə əsasən qəbul olunub və 2026-cı ilin əvvəlində hakim partiyanın növbəti qurultayında təqdim ediləcək plan şəklində rəsmiləşdiriləcək.

Bizimyol.info xəbər verir ki, Koreya Mərkəzi İnformasiya Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In gələn il üçün istehsal planlarının genişləndirilməsini, müəssisələrin texnoloji bazasının möhkəmləndirilməsini və “istehsal güclərinin balanslı şəkildə artırılmasını” tələb edib.

O, həmçinin yeni müdafiə müəssisələrini partiya qurultayından dərhal sonra layihələrin icrasına başlamağa, fəaliyyətdə olan zavodları isə səmərəliliyin artırılması üçün istehsal strukturlarının yenilənməsini davam etdirməyə çağırıb.

KCNA bildirir ki, Kim Çen In hakim partiyanın nümayəndələrinin, raket silahları üzrə idarənin və Müdafiə Nazirliyinin elmi-texniki sektorunun hesabatlarını dinləyib. Ekspertlər istisna etmirlər ki, KXDR silah zavodlarının rəqəmsallaşdırılması və avtomatlaşdırılması üçün Rusiya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan texnoloji təcrübədən istifadə edə bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
bizimyol.info

1Sources