EN

Cahangir Cahangirov adına Xor kollektivi qubalı musiqisevərlər qarşısında çıxış edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Quba, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivi dekabrın 26-da Qubada konsert proqramı ilə çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Quba rayon Mədəniyyət Mərkəzində keçirilən konsert Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin böyük bəstəkar, dahi Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərləri təşkil edilib.

Layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin – xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.

Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində ilk dəfə reallaşdırılan bu qastrol proqramı regionlarda mədəni mühitin daha da zənginləşməsinə, incəsənətə olan marağın artırılmasına və yaradıcı mübadilənin genişlənməsinə mühüm töhfə verəcək.

Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xor qubalı musiqisevərlər qarşısında sözləri Xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus musiqi əsərlərini səsləndiriblər. Xorun bədii rəhbəri Əməkdar müəllim Təranə Yusifovadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
75
azertag.az

1Sources