EN

XİN rəhbəri: “3+3”ün növbəti görüşünə dair təklifimiz qüvvədədir

"3+3" formatında bir neçə elementi nəzərə almalıyıq. Bu formatın təşəbbüskarı Azərbaycandır”.

"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə Türkiyədə son görüş keçiriləndə növbəti görüşün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi barədə təklif verilib:

“Müəyyən səbəblərdən konsensus olmadı və bu təklif yekun sənəddə yer almadı. Təklifimiz qüvvədədir. "3+3" formatının yaranması tarixi İkinci Qarabağ savaşından qısa zaman sonra yarandı. Elə təəssürat yaranır ki, bu formatın çərçivəsində əsas mövzu kimi Azərbaycan-Ermənistan məsələsi müzakirə olunmalıdır. Azərbaycan Ermənistan məsələsi, əsasən, artıq həllini tapıb. Azərbaycanla Ermənistan arasında birbaşa dialoq mövcuddur. Bütün region ölkələrinə aid mövzuların müzakirəsi üçün belə gündəlik əsasında toplaşırıqsa, 2024-cü ildə etdiyimiz təklif qəbul olunduğu təqdirdə belə görüşün keçirilməsinə etiraz etmirik".


Telegram kanalımız
Chosen
38
4
yenisabah.az

5Sources