EN

Rəsmi Ankaradan Suriyadakı partlayışa reaksiya: Məsciddəki hadisəni qınayırıq

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ttürkiyə XİN  bu gün Suriyanın mərkəzində yerləşən Homs əyalətində məscidə törədilən terror aktı ilə bağlı bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda məscidəki terror hücumu qınanılıb.

Nazirlikdən bildirilib ki, bu cür hadisələr qəbuledilməzdir: "Bu dəhşətli terror hücumunu qınayırıq. Həyatını itirənlərin ailələrinə, Suriya hökumətinə və xalqına başsağlığı veririk. Türkiyə bütün təxribatlara baxmayaraq, ölkədə sabitliyi, təhlükəsizliyi, birliyi və həmrəyliyi gücləndirmək əzmində olan Suriyanın yanındadır və yanında olacaq".

Xatırladaq ki, hadisə zamanı 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
mia.az

1Sources