EN

UNEC-in Analitik Bülleteni təqdim olunub: Süni intellekt, gələcəyin təhsili və qlobal trendlər

Bakı.Trend:

UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindənİnformasiya-Analitik Bülleten hazırlanaraq elmi ictimaiyyətətəqdim olunub.

Elektron bülleten elmi-pedaqoji heyət, magistr və doktorantlar,eləcə də yerli və xarici ekspertlər üçün nəzərdə tutulmuş etibarlıanalitik platformadır. Burada ölkədə və dünyada baş verən, eləcə dəyaxın gələcəkdə gözlənilən strateji dəyişikliklər elmi yanaşmaəsasında təhlil olunub, mühüm iqtisadi və sosial proseslərə aydınvə əsaslandırılmış baxış təqdim edilib.

Bu dəfəki buraxılış müasir dövrün əsas gündəmini formalaşdıranmövzulara fokuslanıb. Süni intellekt və ChatGPT-nin ali təhsildərolu, məhsuldarlığı artıran yeni rəqəmsal alətlər, data elminingələcək inkişaf istiqamətləri, generativ süni intellektin təhsilsisteminə təsiri bülletenin əsas mövzuları sırasındadır.

Oxucular eyni zamanda demoqrafik trendlər, şəhər trafikininqlobal reytinqləri, Azərbaycanda yaşayış xərcləri, elmdə buraxılmışsəhvlərin texnoloji inkişaflara necə təsir göstərməsi kimi mövzularüzrə analitik materiallarla tanış ola bilərlər.

Bülletendə Azərbaycan elminin görkəmli siması, akademik YusifMəmmədəliyevin 120 illiyinə həsr olunmuş geniş məqalə də yer alıb.Məqalədə alimin elmi irsi və Azərbaycan elminə verdiyi töhfələrmüasir kontekstdə təqdim olunur.

UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutununİnformasiya-Analitik Bülleteni aktual elmi yanaşmalar əsasındaformalaşdırılmış dərin təhlillərlə oxucular üçün dəyərli istinadmənbəyi kimi çıxış edir.

https://unec.edu.az/application/uploads/2025/12/Bulleten-N2_2025-1-1.pdf

Məqalədə:
Chosen
74
11
az.trend.az

10Sources