EN

Gəncədə “Həmrəyliyin rəngləri” adlı sərginin açılışı olub  

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Gəncədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ”Həmrəyliyin rəngləri” adlı sərginin açılışı olmuşdur.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilən sərginin açılış mərasimində şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və başqaları çıxış edərək iştirakçıları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etmişlər.

Sərginin ekspozisiyası iki əsas istiqaməti əhatə edir. Fotoqrafiya bölməsində Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan peşəkar fotoqrafların çəkdikləri şəkillər nümayiş olunur. Fotolarda azərbaycançılıq ideyasının əsasını təşkil edən birlik və həmrəylik, xalqımızın multikultural və tolerant dəyərləri, eləcə də torpağa bağlılıq və milli qürur hissləri əks etdirilir.

Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış etmişdir.

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Chosen
12
4
azerbaijan-news.az

8Sources