EN

Tədqiqatçı: Yaxın gələcəkdə yaşıl hidrogen qazı və nefti əvəz edəcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 26 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Müasir dünyada daha çox üstünlük yaşıl enerji – bərpaolunan enerji mənbələrinə verilir. Bərpaolunan enerji mənbələri ekoloji cəhətdən təmiz olsa da, ətraf mühitdən çox asılıdırlar. Bu da enerji təhlükəsizliyini qorumaq üçün rezerv kimi bərpa olunmayan enerji mənbələrinin – qazın və neftin istifadəsini tələb edir. İndiki zamanda yaşıl hidrogenə üstünlük verilir. Yaxın gələcəkdə yaşıl hidrogen qaz və nefti əvəz edəcək.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın "EnBW AG" şirkətində çalışan, enerji sistemlərinin modelləşdirilməsi və bərpaolunan enerji üzrə ixtisaslaşmış alim-tədqiqatçı Rasim Cənnətəliyev söyləyib.

Ağıllı enerji sistemlərinin qurulmasında proqnozlaşdırma, simulyasiya və süni intellekt texnologiyalarının rolu barədə danışan R.Cənnətəliyev qeyd edib ki, bu inteqrasiya gələcəkdə əvəzolunmaz müsbət nəticələr verir. “Bu sahədə çalışdığıma görə, mövzu ilə yaxından tanışam. Ağıllı enerji sistemlərinin inteqrasiyası çox vacibdir və bu addım ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Belə sistemlərin inteqrasiyası enerjinin səmərəliliyini artıracaq, enerji xərclərini azaldacaq və enerji təhlükəsizliyini təmin edəcək”, - deyə mütəxəssis vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
80
1
azertag.az

2Sources