EN

Minadan zərərçəkənlərlə bağlı tədqiqatın nəticələri açıqlanıb

Bakı. Trend:

Dekabrın 26-sı Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF)Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimaiBirliyinin “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasınadəstək” layihəsinin nəticələri müzakirə edilib.

Trend xəbər verir ki, təbirigiriş sözü ilə açan AMZA-nın sədri Rey Kərimoğlu sözügedən layihəhaqqında məlumat verərək, layihənin əsas məqsədinin Qarabağmüharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (PartlamamışHərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, ocümlədən bu hadisədən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarınınöyrənilməsinin təşkil etdiyini qeyd edib:

“Təşkilatımız ötən il bu layihəni 11 rayon və şəhərdə (Füzuli,Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakıvə Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib. Layihənin icrasızamanı 960 nəfərlə görüşüb, sorğuları götürülüb. Bu çərçivədəminadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11rayon və şəhərdə siyahısını müəyyənləşdirib onların ehtiyaclarınıöyrəndik. Sonda əldə edilmiş nəticələr təhlil edilərək genişhesabat hazırlandı. Geniş bir tədbir keçirilərək, bu hesabat QHTAgentliyinə, nazirliklərə, müvafiq dövlət qurumlarına təqdimedildi. Eyni zamanda, bu hesabat ölkəmizdəki səfirliklərin,beynəlxalq təşkilatların nümayəndələrinə də təqdim edilib.

Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax,Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında,Gəncə şəhərində) icra etmişik. Qeyd edim ki, adıçəkilən rayon vəşəhərlərdə beynəlxalq forma olan İMSMA anketləri ilə sorğularkeçirilib. 400-dən artıq mina qurbanı təxmin ediləs də, 373 nəfərisorğulara cəlb edə bildik. Toplanacaq məlumatlar mina/PHS-lərininsanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısınınalınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosialvəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramlarınhazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHShadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarınınazalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasınadoğru dəyişəcək. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrasızamanı Azərbaycan dövlətinin, Azərbaycan RespublikasınınMinatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlərnəzərə almışıq”.

Rey Kərimoğlu vurğulayıb ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə BAMF və bir neçədigər tərəfdaş QHT tərəfindən həyata keçirilib:

“O vaxtdan 20 il keçib. Onlar arasında dünyasını dəyişənlər var,eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən, 2005-ci ildənüzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətənmüharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatlarıolub. Xeyli insan minadan və partlamamış hərbi sursatdan zərərçəkib. ANAMA-nın 25 dekabr 2025-ci ilə qədər təqdim etdiyi rəsmiməlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 25 dekabr tarixlərimüddətində mina qurbanlarının sayı 3400-dən artıqdır. Onlardan 362nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından2025-ci ilin 25 dekabr tarixləri müddətində mina qurbanlarının sayı415 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 344-iyaralanıb”.

Tədbir zamanı BAMF-ın prezidenti Umud Mirzəyev çıxış edərəklayihənin əhəmiyyətindən danışıb. O bildirib ki, mina və PHSprobleminin azaldılması istiqamətində həyata keçirilən bu təşəbbüstəkcə fiziki xəsarət alan şəxslərin deyil, ümumilikdə cəmiyyətintəhlükəsizliyinin və rifahının təmin olunmasına xidmət edir. Onunsözlərinə görə, minadan zərərçəkənlərin hüquqlarının qorunması,onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasıuzunmüddətli sülh və sabitlik üçün vacib şərtlərdəndir. Bu kimilayihələr beynəlxalq tərəfdaşlığın və yerli vətəndaş cəmiyyətiinstitutlarının birgə fəaliyyətinin uğurlu nümunəsidir.

ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiriRamil Əzizov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi ƏfqanVəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininProtez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoruAsif Məcidov, hüquq müdafiəçisi Murad Sadəddinov, “Minalar ƏleyhinəAzərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov,“Gilavar Foto Klubu” İctimai Birliyinin nümayəndəsi Rəşad Mehtiyev,eləcə də “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı layihəninaktuallığı, mina qurbanlarının reabilitasiyası, psixoloji və sosialdəstəyi, eləcə də maarifləndirmə mexanizmləri barədə fikirlərinibölüşüblər. Çıxışlar zamanı mina təhlükəsinin hələ də davam etdiyivə bu istiqamətdə koordinasiyalı fəaliyyətin vacibliyivurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüZaur İbrahimli layihənin yekun hesabatını müsbətqiymətləndirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının MinatəmizləməAgentliyi (ANAMA) yanında İctimai Şuraya üzvləri də iştirakediblər.

Sözügedən layihə Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi iləhəyata keçirilir.

Layihənin tədiqat hesabatı ingilis dilinə tərcümə edilərəkxarici təşkilatlara göndəriləcək.

Chosen
65
8
az.trend.az

10Sources