Bakı. Trend:
Özbəkistan kosmosa süni peyk və ilk kosmonavtını göndərməyiplanlaşdırır.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti ŞavkatMirziyoyev bildirib.
“Özbəkistanın müstəqillik tarixində ilk dəfə olaraq kosmosa sünipeykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtınınburaxılması üzrə işlərə başlamışıq”, - deyə o əlavə edib.
Mirziyoyev vurğulayıb ki, bu addım ölkənin elmi və texnolojiinkişafına güclü təkan verəcək, həmçinin milli inkişafı yenimərhələyə çıxaracaq.