Özbəkistan kosmosa süni peyk və ilk kosmonavtını göndərməyi planlaşdırır.Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Özbəkistanın müstəqillik tarixində ilk dəfə olaraq kosmosa süni peykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının buraxılması üzrə işlərə başlamışıq”, - deyə Prezident qeyd edib.
Mirziyoyev vurğulayıb ki, bu addım ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcək, həmçinin milli inkişafı yeni mərhələyə çıxaracaq.