"Liverpul" zədəli hücumçusu Aleksander İsakı qısa müddətdə əvəzləyə biləcək bir neçə namizədi nəzərdən keçirir.
QOL.az xəbər verir ki, "Caught Offside"ın məlumatına görə, bu variantlardan biri PSJ-nin forvardı Qonsalu Ramuşdur. Mersisayd klubu portuqaliyalı futbolçunu 6 aylıq icarəyə götürə bilər.
Bundan başqa, klub "Yuventus"un hücumçusu Duşan Vlahoviç və "Əl-Əhli"nin forvardı Ayvan Touni ilə də maraqlanır. Lakin bu futbolçular daha çox uzunmüddətli həll variantları kimi dəyərləndirilir.
Xatırladaq ki, İsak Premyer Liqada "Tottenhem"lə matçda (2:1) topuğundan zədə alıb və kiçik baldır sümüyü sınıb. Oyunçunun bir neçə ay meydanlardan kənarda qalacağı bildirilib.