AZ

"Liverpul" İsakın əvəzləyicisini axtarır

style='margin-bottom:10px;'>

"Liverpul" zədəli hücumçusu Aleksander İsakı qısa müddətdə əvəzləyə biləcək bir neçə namizədi nəzərdən keçirir. 

QOL.az xəbər verir ki, "Caught Offside"ın məlumatına görə, bu variantlardan biri PSJ-nin forvardı Qonsalu Ramuşdur. Mersisayd klubu portuqaliyalı futbolçunu 6 aylıq icarəyə götürə bilər.

Bundan başqa, klub "Yuventus"un hücumçusu Duşan Vlahoviç və "Əl-Əhli"nin forvardı Ayvan Touni ilə də maraqlanır. Lakin bu futbolçular daha çox uzunmüddətli həll variantları kimi dəyərləndirilir.

Xatırladaq ki, İsak Premyer Liqada "Tottenhem"lə matçda (2:1) topuğundan zədə alıb və kiçik baldır sümüyü sınıb. Oyunçunun bir neçə ay meydanlardan kənarda qalacağı bildirilib.

Seçilən
94
1
teleqraf.com

2Mənbələr