EN

Beynəlxalq axtarış nəticəsində saxlanılan şəxs... AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Həmin şəxslər barəsində əvvəlcə cinayət işi başlanılır. Cinayət işi açıldıqdan sonra onların barəsində axtarış elan olunur və bu, ilkin mərhələdə ölkədaxili, yəni həbs məqsədli axtarış olur. Zərurət yarandığı halda isə şəxslər beynəlxalq axtarışa verilir".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanlı deyib. O bildirib ki, beynəlxalq axtarış nəticəsində saxlanılan şəxs müvafiq prosedurlara uyğun olaraq Azərbaycana təhvil verilə bilər:"Lakin bu proses birbaşa həmin şəxsin olduğu ölkənin qanunvericiliyindən və vətəndaşlıq statusundan asılıdır. Elə ölkələr var ki, öz vətəndaşlarını başqa dövlətə təhvil vermirlər. Hətta beynəlxalq axtarış elan edilsə belə, bəzi dövlətlər vətəndaşlarının başqa ölkədə cinayət məsuliyyətinə cəlb olunmasına razılıq vermir və işi daxili qanunvericilik çərçivəsində araşdırmağa üstünlük verirlər".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
demokrat.az

1Sources