Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün yanvarın 12-dən 18-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək.
Aznews.az xəbər verir ki, toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere və Hakimlər Komitəsinin sədri Rəhim Həsənov rəhbərlik edəcəklər.
Hazırlıq müddətində UEFA Hakimlər Komitəsinin üzvləri də hakimlərimizə nəzəri və praktiki seminarlar keçəcəklər.
Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq:
1. Ağayev Əliyar Kərim
2. Bayramov Elvin Əsgər
3. Cabbarov Rauf Gülağa
4. Cəlilov Cavid Fuad
5. Əhmədov Rəşad Rövşən
6. Əliyev Əli Rahib
7. Hacıyev Fərid Teymur
8. Həmzəzadə Rəvan Aydın
9. İsmayıllı Nicat Sədrəddin
10. Məmmədov İnqilab Zülfüqar
11. Məsiyev Elçin Nazim
12. Qurbanov Tural Knyaz
13. Rəhimov Kamranbəy Əli
14. Umudlu Kamal İsmayıl
15. Əhmədov Əkbər Əsəd
16. Əliyev Kamran Səttar
17. Əliyev Emin Ilham
18. Həsənli Vüqar İlqar
19. Məmmədov İslam Sultanəli