EN

Global Media Group a daxil olan şirkətlərin əməkdaşları könüllü şəkildə qan veriblər

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Global Media Group" sosial layihələrin həyata keçirilməsini korporativ sosial məsuliyyət siyasətimizin əsas istiqamətlərindən biri hesab edir. Bu yanaşma çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına dəstək olaraq təşkil edilən könüllü qanvermə aksiyasına "Global Media Group" da qoşulub.

Oxu.Az xəbər verir ki, bu gün keçirilən aksiya çərçivəsində "Global Media Group"un şirkətlərinin əməkdaşları könüllü şəkildə qan verərək ehtiyacı olan insanlara dəstək ifadə ediblər. Aksiyanın məqsədi qan ehtiyatlarının artırılmasına dəstək olmaq, sağlam həyat tərzini təşviq etmək və cəmiyyətdə humanitar dəyərlərin gücləndirilməsinə töhfə verməkdir.

"Global Media Group"un əməkdaşları aksiyada böyük həvəslə iştirak edərək sosial məsuliyyət nümunəsi göstəriblər. Bu təşəbbüs şirkətin yalnız media fəaliyyətləri ilə deyil, həm də cəmiyyətin rifahına töhfə verən layihələrlə də önə çıxmasını göstərir.

"Global Media Group" bu kimi sosial və humanitar təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır və cəmiyyətin ehtiyaclarına həssas yanaşmağa davam edəcək.

Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə - "Facebook", "Instagram", "LinkedIn", "YouTube" - baxa bilərsiniz.

"Global Media Group"a daxil olan şirkətlərin əməkdaşları könüllü şəkildə qan veriblər

Daha çox foto burada: PhotoStock.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
4
oxu.az

5Sources