EN

Baydenin ailə fotosu gündəm oldu

ABŞ-ın sabiq prezidenti Co Baydenin ailəsinin Milad üçün çəkdirdiyi foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, eks prezidentin "X" səhifəsində paylaşılan şəkildə Bayden ailəsinin 8 üzvü yer alıb. “Sevgi dolu, dinc və sevincli Milad arzulayırıq”, - deyə paylaşımın altında yazılıb.

Maraqlısı odur ki, Bayden fotonun mərkəzində yer almır, hətta demək olar ki, görünmür. O, həyat yoldaşı Cill Baydenin arxasından boylanır. Şəkilin mərkəzində isə Baydenin oğlu Hanter Bayden dayanıb. Daha bir ilginc məqam isə fotoda təkcə Hanterin gülümsəməməsidir.

Chosen
82
2
publika.az

10Sources