EN

Rusiya nə qədər insanı orduya cəlb edib?

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya 2025-ci il üçün müəyyən etdiyi səfərbərlik planını artıqlaması ilə yerinə yetirəcək. Artıq dekabrın əvvəlində ruslar 403 min nəfəri ordu sıralarına cəlb ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun əsas kadr mənbəyi müqaviləli hərbçilərdir. Bununla belə, o qeyd edib ki, Moskva şəxsi heyətin cəlb olunması prosesində çətinliklərlə üzləşir:

“Buna görə də onlar vaxtaşırı birdəfəlik ödənişlərin məbləğini artırırlar: bu göstərici regiondan asılı olaraq dəyişir, lakin kifayət qədər böyük məbləğlərdir. Beləliklə, insanları orduya cəlb edirlər”.

Baş Kəşfiyyat İdarəsinin rəhbəri əlavə edib ki, ruslar 2026-cı ildə orduya 409 min insanı cəlb etməyi planlaşdırırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
axar.az

1Sources