EN

Zelenski Trampın qəbuluna gedir - Bazar günü Ukrayna ilə bağlı mühüm razılaşma ola bilər...


ABŞ və Ukrayna arasında sülh planının böyük bir hissəsi razılaşdırılıb. Bu barədə “Axios” ABŞ və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

"Ruslar və ukraynalılarla mümkün olan ən irəli nöqtəyə çatdıq. Son iki həftədə əvvəlki bütün illərdən daha çox irəliləyiş əldə etdik. Topu qapıya göndərmək istəyirik" – deyə yüksək vəzifəli bir ABŞ rəsmisi bildirib.

O, Vaşinqton administrasiyasının NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin mətnini təsdiq üçün Senata göndərməyə hazır olduğunu bildirib. Bu zəmanətlər ABŞ və onun Avropa müttəfiqlərinin Ukraynaya potensial təhdidlər qarşısında necə hərəkət edəcəyini müəyyən edəcək.

Ukrayna Prezidenti Zelenski isə münaqişənin həlli ilə bağlı 20 maddəlik sülh planının 90%-nin tamamlandığını və Kiyevin qarşısında duran əsas vəzifənin onu 100%-ə çatdırmaq olduğunu açıqlayıb. Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampla Floridada planlaşdırılan görüş zamanı təhlükəsizlik zəmanətlərini müzakirə edəcəklər. Prezident bəzi sənədlərin ilkin layihələrinin artıq hazırlandığını, lakin kritik məsələlərin, xüsusən də təhlükəsizlik zəmanətlərinin yalnız ən yüksək səviyyədə müzakirə edilə biləcəyini vurğulayıb. O, bildirib ki, Yeni ildən əvvəl bir çox məsələ ilə bağlı qərar verilə bilər.

Zelenski və Trampın bazar günü görüşəcəyi bildirilir. Ağ Ev hələlik iddia edilən görüşlə bağlı açıqlama verməyib.

TAHİR

Chosen
14
baki-xeber.com

1Sources