EN

İlk dəfə üç il müddətinə təyin olunan hakimlər bu şəkildə təlimə cəlb ediləcəklər

Bakı. Trend:

İlk dəfə üç il müddətinə təyin olunan hakimlərin təlimə cəlbedilməsi qaydaları təsdiqlənib.

Trend-inməlumatına görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnamKərimov müvafiq Qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydalar peşə hazırlığının artırılmasıməqsədilə ilk dəfə 3 il müddətinə hakim təyin olunan şəxslər üçüntəşkil edilən təlimin təşkili, keçirilmə forması və təlimə cəlbedilən hakimlərin hüquq və vəzifələrini, habelə təlimin yekunlarıilə bağlı məsələləri tənzimləyir.

Təlimin məqsədi və təşkili

Təlim hakimlərin peşə hazırlığının artırılması məqsədilə tətbiqedilir.

İlk dəfə 3 il müddətinə hakim təyin olunan şəxslər təyinatdandərhal sonra Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası (bundan sonra- Ədliyyə Akademiyası) tərəfindən Məhkəmə-Hüquq Şurası (bundansonra - Şura) və Hakimlərin Seçki Komitəsi (bundan sonra – Komitə)ilə əlaqəli təşkil edilən təlimə cəlb olunurlar. Beynəlxalqtəcrübənin öyrənilməsi məqsədilə xarici dövlətlərin tədrismüəssisəsində təşkil olunan təlim səfəri nəzərdə tutulduğu halda,təlim səfəri təlimin tərkib hissəsi hesab olunur.

İlk dəfə hakim təyin olunmuş şəxslər üçün təlim proqramı Komitəvə Ədliyyə Akademiyası tərəfindən hazırlanır və Şura ilərazılaşdırılmaqla Komitə tərəfindən təsdiq edilir.

Təlim auditoriyada məşğələ, aidiyyəti orqanların (qurumların)fəaliyyəti ilə tanışlıq və məhkəmələrdə təcrübə mərhələlərindənibarətdir.

Auditoriyada məşğələlər əyani təhsilalma forması üzrə həyatakeçirilir. Məşğələlərdə ümumi nəzəri və praktik bilik vəbacarıqların mənimsənilməsi ilə yanaşı, hakimlərin təyinolunduqları məhkəmələr nəzərə alınmaqla müvafiq sahələr (mülki,kommersiya, cinayət və inzibati hüquq) üzrə ixtisaslaşmaya uyğuntəlimlər keçirilir.

Aidiyyəti orqanların (qurumların) fəaliyyəti ilə tanışlıq zamanımüxtəlif məhkəmə icraatları üzrə həmin orqanların (qurumların)fəaliyyəti və məhkəmələrlə qarşılıqlı təcrübəsi öyrənilir.

Məhkəmələrdə təcrübə zamanı hakimlər məhkəmə fəaliyyəti iləbağlı təcrübəyə yiyələnməklə yanaşı, onlarda məhkəmə aktlarınıntərtib edilməsi, məhkəmə iclaslarının idarə edilməsi, habelə“Elektron məhkəmə” informasiya sistemindən istifadə olunmasıbacarıqları formalaşdırılır.

Təlim Azərbaycan Respublikasının dövlət dilində aparılır (xaricidövlətlərin tədris müəssisəsində təşkil olunan təlim istisnaolmaqla), icbaridir və təlimə cəlb edilmiş hakimlər təlimlərdəƏdliyyə Akademiyası tərəfindən müəyyən edilmiş cədvələ uyğuniştirak edirlər.

Təlim zamanı təlimə cəlb edilən hakimlər kağız və (və ya)elektron daşıyıcılarda təlim materialları ilə təmin olunurlar.

Təlimin keçirilməsi ilə bağlı hakimlərin hüquq və vəzifələri“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ƏdliyyəAkademiyasının Nizamnaməsi” ilə müəyyən edilir.

Təlimin yekunu

Təlim başa çatdıqdan sonra 5 iş günü müddətində ƏdliyyəAkademiyası və hakimin təcrübə keçdiyi məhkəmənin sədri tərəfindənŞuraya hər bir hakimin barəsində təlimin yekunlarına dair yazılımülahizə təqdim edilir.

Yuxarıdakılara uyğun olaraq verilmiş yazılı mülahizənin nəticəsihakimin davamlı tədrisə cəlb edilməsi zərurəti və fəaliyyətininqiymətləndirilməsi zamanı nəzərə alınır.

Məlumat üçün bildirək ki, qərar noyabrın 5-də qəbul edilib,dekabrın 25-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,dekabrın 26-da qüvvəyə minib.

Chosen
34
1
az.trend.az

2Sources