EN

Gürcüstandan Ermənistan və Türkiyəyə avtomobil yolu ilə yükdaşımalar dayandırılıb

Bakı. Trend:

Gürcüstanın İnfrastruktur Nazirliyinin müvafiq departamentigüclü qar yağması səbəbindən Ermənistanla sərhədə aparanAxaltsixe-Ninotsminda avtomobil yolunda qoşqulu və yarımqoşqulunəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dayandırılması barədəqərar qəbul edib.

Trend bu barədəqurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, intensiv qar yağması və aşağı temperaturlaəlaqədar beynəlxalq əhəmiyyətli Axaltsixe-Ninotsminda avtomobilyolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrininhərəkəti müvəqqəti məhdudlaşdırılıb, digər növ nəqliyyatvasitələrinin hərəkətinə isə icazə verilir.

Bundan əlavə, Türkiyə ilə sərhədə aparan Axalkalaki-Kartsaxiavtomobil yolunda da qoşqulu və yarımqoşqulu avtonəqliyyatvasitələrinin hərəkəti qadağan olunub.

Məqalədə:
Chosen
39
1
az.trend.az

2Sources