EN

Kiyevə kütləvi hava hücumu - dağıntılar və xəsarət alanlar var YENİLƏNİB

Kiyev, 27 dekabr, AZƏRTAC

Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, şəhərə hava hücumu zamanı 5 nəfər yaralanıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

Kiyevin Qoloseyev, Obolon, Darnitsk, Desnyansk rayonlarında mülki infrastrukturlara ziyan dəyib.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Qeyd edək ki, hava hücumu 7 saatdan artıqdır davam edir.

08:04

Dekabrın 27-nə keçən gecədən başlayaraq Rusiya qoşunları Kiyev şəhərinə və vilayətinə kütləvi hava hücumu həyata keçirir.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, 5 saata yaxındır davam edən çoxkombinasiyalı hava hücumu zamanı Kiyevdə intensiv partlayış səsləri eşidilir. Hava hücumu zamanı müxtəlif tipli raketlər və zərbə dronlar tətbiq olunur.

Ukraynanın Energetika Nazirliyinin məlumatına görə, hava hücumunun əsas hədəfi enerji infrastrukturudur. Artıq Ukrayna paytaxtının bəzi ərazilərində qəza enerji kəsintiləri baş verir.

Hazırda Kiyevdə insanlar sığınacaqlarda məskunlaşıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
72
2
azertag.az

3Sources