EN

Yanvar-noyabr aylarında Azərbaycandan İsveçrəyə ixrac olunmuş neftin həcmi məlum olub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin yanvar-noyabr aylarından Azərbaycandan İsveçrəyə əldə edilmiş 96,6 milyon dollar dəyərində bitumlu süxurlarndan 172,9 min ton xam neft və neft məhsulları ixrac olunub.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Azərbaycandan İsveçrəyə neft ixrac olunmayıb.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın ümumi həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Chosen
50
5
turkic.world

10Sources