Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Danimarkaya ümumilikdə 49,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 88,2 min ton xam neft və neft məhsulları ixrac olunub.
Aznews.az xəbər verir ki, Məlumata görə, ötən il Azərbaycandan Danimarkaya neft ixrac olunmayıb.
Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib