EN

Rusiyanın bu bölgəsi "qar qiyaməti" yaşayır

Kamçatkaya yağan güclü qar və külək səbəbindən bölgə "apokalipsis" yaşayır.

Publika.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Kanal video paylaşaraq yazıb ki, siklon və saniyədə 45 metrə çatan külək səbəbindən bölgədəki bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Proqnoza görə, bu hava 28 dekabra qədər davam edəcək. Petropavlovskda ictimai nəqliyyat dayandırılıb. Sakinlərdən öz avtomobillərini sürməmələri xahiş olunur. Ənənəvi avtobuslar əvəzinə, dayanacaqlardan insanları götürmək üçün şəhər ətrafında növbəli xüsusi nəqliyyat vasitələri işləyir", - deyə paylaşımda bildirilir.

Məlumata görə, hakimiyyət orqanları bəzi regional magistral yolları bağlamağı planlaşdırır. Yelizovo hava limanında on reys təxirə salınıb.

Chosen
64
publika.az

1Sources