EN

Azərbaycanda problemli kreditlər artır – SƏBƏBLƏR

Azərbaycanın bank sektorunda problemli istehlak kreditlərinin həcmi dekabrın 1-nə 339 milyon manat təşkil edib. 

Bu seqmentdə artım bütün dövrlər üzrə davam edir.Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,9 milyon manat və ya 26,9 % artım deməkdir.

Belə ki, ötən ilin dekabrın 1-nə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 267,1 milyon manat idi. Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir.

Ötən ilin sonuna (246,3 mln. manat) nəzərən problemli kreditlər 92,7 milyon manat (37,6%) artıb. Son bir ayda isə (noyabra nəzərən) portfeldə 13,2 milyon manat (4,1%) artım qeydə alınıb. Xatırladaq ki, problemli istehlak kreditləri portfeli bu ilin noyabrın 1-nə 325,8 milyon manat, ötən ilin sonunda 246,3 milyon manat, ötən ilin eyni dövründə isə 267,1 milyon manat idi.

Problemli istehlak kreditlərinin 26 faiz artması əhalinin banklara ehtiyacının artmasındanmı irəli gəlir, yoxsa faizlərmi artıb və yeni ildə bu tendensiya davam edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, problemli kreditlərin artması vətəndaşların gəlirlərinin azalması, xərclərinin çoxalması ilə bağlıdır:

"Yəni iş yerləri bağlanıb, maaşlar, işsizlik, inflyasiya qiymət artımına adekvat deyil. Qiymətlər artmaqda davam edir. Buna görə də problemli kreditlər artır.

Böyük ehtimalla bu tendensiya gələn il də davam edəcək. Çünki gələn il vergi yükü də artır. Bu baxımdan perspektivlər belədir". 

Chosen
45
cebheinfo.az

1Sources