EN

Polis Nəsimi rayonunda məktəblilərlə görüş keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinintəşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən 42 nömrəli tamorta ümumtəhsil məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!”mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Trend xəbərverir ki, görüşdə polis əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzinnorkoloq həkimi, Xəzər Universitetinin psixologiya departamentininvə Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqları iştirakediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarlaprofilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahimİsmayılov çıxış edərək ölkə üzrə bütün təhsil müəssisələrindəkeçirilən tədbirlərin mahiyyəti və şagirdlərin bu istiqamətdəmaarifləndirilməsinin əhəmiyyətindən danışıb.

Çıxışlarda şagirdlərə narkomaniyanın fiziki, psixoloji vəictimai təhlükələri, həmçinin erkən nikahın sosial fəsadları barədəgeniş məlumat verilib.

Sonda şagirdlərə dəyərli tövsiyələr verilib, onlarımaraqlandıran suallar cavablandırılıb.

Polis
Polis
Polis
Chosen
58
3
az.trend.az

5Sources