Astrologiyaya görə, 2026-cı il göy üzündə mühüm dəyişikliklərin baş verəcəyi bir dövr olacaq. Bəzi bürclər gözləmədikləri fürsətlərlə qarşılaşacaq, digərləri isə uzun müddətdir həll edə bilmədikləri mövzularda irəliləyiş əldə edəcək.
Musavat.com xəbər verir ki, türkiyəli məşhur astroloq Hande Kazanova “Haber Global”ın canlı efirində Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Dolça, Əqrəb, Oxatan, Oğlaq və Balıq bürcləri üçün 2026-cı ilə dair proqnozlarını bölüşüb.
Onun açıqlamalarına görə, 2026-cı il bir çox bürc üçün dönüş nöqtəsi olacaq - karyera, sevgi, maliyyə və şəxsi inkişaf sahələrində taleyüklü qərarlar gündəmə gələ bilər.