ain.az, Bizim media portalına istinadən məlumat verir.
Google hesablarında dəyişiklik etmək mümkün olacaq.Bizim.Media xəbər verir ki, platforma istifadəçiləri hesablarını silmədən və məlumatlarını itirmədən "@gmail.com" elektron poçt ünvanlarını dəyişə biləcəklər.
Bu yenilik, qeyri-peşəkar istifadəçi adları seçmiş, lakin illər ərzində bütün rəqəmsal həyatını həmin hesaba bağlamış insanlar üçün böyük yenilik olacaq.
E-poçt ünvanına edilən dəyişiklik köhnə ünvanı ləğv etmir. Yəni köhnə ünvana gələn məktublar heç bir itki olmadan yeni mesaj qutusuna düşməyə davam edir.Məlumata görə, istifadəçilər e-poçt ünvanlarını ildə yalnız bir dəfə dəyişə biləcəklər. Ümumilikdə isə bir hesabda maksimum 3 dəfə ünvan dəyişikliyi etmək mümkün olacaq.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.