EN

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.

Qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.

Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

AzPost.az

Chosen
22
14
azpost.info

10Sources