Tbilisi Şəhər Məhkəməsi oktyabrın 4-də paytaxtda prezident sarayına hücumun təşkili ittihamı ilə təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanın barəsində həbs qətimkan tədbiri seçib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmə iclası Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xahişi ilə qapalı rejimdə keçirilib.
Axalaya bu qərarla razılaşmayıb və etiraz əlaməti olaraq məhkəmə zalını tərk edib.