EN

Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib - FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

Paralel.az xəbər verir ki , Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək. (Nuhcixan.az)



Chosen
32
7
paralel.az

9Sources