EN

Azərbaycandan Boqlarıstana ixrac olunan neftin həcmi 2 dəfədən çox artıb

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana92,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş169,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 46,3 milyon ABŞ dolları və ya 2 dəfə artıb, həcmbaxımından isə 88,6 min ton və ya 2,1 dəfə azalıb.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Bolqarıstana 46milyon ABŞ dolları həcmində 80,9 min ton neft və neft məhsullarıixrac olunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Chosen
37
11
az.trend.az

10Sources