EN

Biləsuvarda toy karvanında ağır qəza - Ölənlər var

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Belə ki, toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarından aşıb və su kanalına düşüb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər vəfat edib.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.

Chosen
45
7
teleqraf.com

10Sources