EN

2025-ci ilin ən çox qazanan futbolçuları açıqlandı

2025-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısı bəlli olub.

Fanat.Az xəbər verir ki, həm klub maaşları, həm də sponsor gəlirləri nəzərə alınmaqla tərtib edilən siyahıya tanınmış ulduzlar başçılıq edir.

İlk pillədə Səudiyyə Ərəbistanında çıxış edən Kriştianu Ronaldu yer alıb. Portuqaliyalı hücumçu illik gəlirinə görə rəqiblərini böyük fərqlə qabaqlayır. Siyahının yuxarı sıralarında Lionel Messi, Kərim Benzema və Kilian Mbappe kimi ulduz futbolçular da yer alıb.

Gənc yaşına baxmayaraq Lamin Yamalın ilk “10-luq”da yer alması isə diqqət çəkən məqamlardan biridir.

2025-ci ilin ən çox qazanan futbolçularının ilk “10-luğu”:

  1. Kriştianu Ronaldu – 280 milyon dollar
  2. Lionel Messi – 130 milyon dollar
  3. Kərim Benzema – 104 milyon dollar
  4. Kilian Mbappe – 95 milyon dollar
  5. Erlinq Holand – 80 milyon dollar
  6. Vinisius Junior – 60 milyon dollar
  7. Mohamed Salah – 55 milyon dollar
  8. Sadio Mane – 54 milyon dollar
  9. Cud Bellinqem – 44 milyon dollar
  10. Lamin Yamal – 43 milyon dollar


Kamil Xudiyev

Chosen
14
fanat.az

1Sources