EN

Qış fırtınası Finlandiyanı VURDU

Finlandiya ölkənin nəqliyyat sistemi və infrastrukturu üçün təhlükə yaradan "Hannes" adlı güclü qış fırtınasına məruz qalıb.

Publika.az "Yle" qəzetinə sitinadla xəbər verir ki, Milli Meteorologiya İnstitutu tərəfindən ölkə daxilində şiddətli hava xəbərdarlığı edilib.

Sinoptiklər şənbə günü günortadan sonra başlayan şimal-qərb küləyinin sürətlə gücləndiyini bildirirlər. Ən şiddətli külək xəbərdarlıqları qərb bölgələri, Aland adaları və Laplandiya üçün verilib. Burada küləklər sahildə 25 m/s-yə, dağlıq ərazilərdə isə 33 m/s-dən çox ola bilər ki, bu da qasırğa gücündə küləklərə bərabərdir.

Fırtınanın ağacların yıxılmasına, elektrik xətlərinin sıradan çıxmasına və nəticədə nəqliyyatın hərəkətində fasilələrə və elektrik kəsintilərinə səbəb olacağı gözlənilir.

Chosen
88
publika.az

1Sources