Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Neftçi"nin futbolçusunun üzvü olduğu yığma qələbə qazandı
"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçına çıxıb.
QOL.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib. Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.
"Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.