RU

Neftçi nin futbolçusunun üzvü olduğu yığma qələbə qazandı

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Neftçi"nin futbolçusunun üzvü olduğu yığma qələbə qazandı

"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçına çıxıb.

QOL.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib. Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.

"Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
5
qol.az

6Источники