EN

İstanbulda yanvarın 1-i avtobuslar pulsuz olacaq

İstanbullular yanvarın 1-də bələdiyyənin balansında olan avtobuslardan pulsuz istifadə edəcəklər. Metbuat.az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi aciqlama yayıb. Bildirilib ki, bələdiyyə avtobusları dekabrın 31-i axşamdan başlayaraq 24 saat ərzində istanbullular və turistlərə pulsuz xidmət göstərəcək. "İstanbul sakinlərinin və şəhərimizin qonaqlarının gözəl bir bayram keçirməsi üçün avtobusların pulsuz xidmət göstərməsinə qərar verdik", - İstanbul Böyükşəhər Bələdiyyəsinin yaydığı açıqlamada belə deyilir.

Bələdiyyədən o da bildirilib ki, sakinlərin və turistlərin rahat gediş-gəlişini təmin etmək üçün xəttə əlavə 370 avtobus buraxılacaq.

Chosen
49
metbuat.az

1Sources