EN

Yaponiyada magistral yolda 70-ə yaxın avtomobil toqquşdu − Ölənlər var


Yaponiyanın Qunma prefekturasında sürətli yolda 67 avtomobilin iştirakı ilə böyük qəza baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” polisə istinadən məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb.
Qəza dekabrın 26-da axşam saatlarında Minakami şəhəri yaxınlığındakı Kanetsu ekspress yolunda baş verib. Həmin vaxt güclü qar xəbərdarlığı qüvvədə idi və magistralda sürət həddi saatda 50 kilometr idi.
Chosen
26
yeniavaz.com

1Sources