ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Neymar əməliyyat olunub. Məlumatı “Santos” yayıb."Football-plus.az" xəbər verir ki, 33 yaşlı hücumçunun medial meniskin cırılması səbəbilə artroskopiya əməliyyatı keçirdiyi bildirilib. Əməliyyat uğurlu alınıb və Neymarın hazırkı vəziyyəti yaxşıdı. O xəstəxanadan buraxılandan sonar reabilitasiya prosesinə başlayacaq.Xatırladaq Neymar noyabr ayında San Paulu şəhərində tibbi müayinədən keçmiş və onda menisk zədəsi aşkarlanmışdı. Buna baxmayaraq, Braziliya çempionatının 37-ci turunda “Juventude”yə qarşı oyunda (3:0) meydana çıxaraq 3 qol vurmuşdu. Həmin qələbə “Santos”un A seriyasında qalmasını təmin etmişdi.Neymar mövsüm ərzində ölkə çempionatnda 28 oyunda iştirak edib və 11 qol vurub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.