EN

Avropa soyuqla SINAĞA ÇƏKİLİR

Avropa İttifaqının enerji sistemi sənaye müəssisələrinin adətən fəaliyyətini azaltdığı Milad bayramı tətilinin ən qızğın dövründə misli görünməmiş yüklənmə ilə üzləşib.

Publika.az xəbər verir ki, Bayram sakitliyi əvəzinə Avropadakı yeraltı qaz anbarlarından (YQA) mavi yanacağın anormal dərəcədə çıxarılması qeydə alınıb ki, bu da bütün tarixi rekordları üstələyib.

Rusiya enerji nəhənginin açıqlamasında bildirilir ki, 24 və 25 dekabr tarixlərində, bayram günləri olmasına baxmayaraq, Avropanın yeraltı qaz anbarlarından qaz çıxarılması müşahidələr tarixində həmin günlər üçün maksimum səviyyəyə çatıb.

Dekabrın 25-də Avropa anbarlarının ümumi doluluq səviyyəsi 66,3 milyard kubmetrə düşüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 milyard kubmetr azdır. Xüsusilə Almaniyada vəziyyət daha narahatedicidir - burada ehtiyatların səviyyəsi 59,8 faizə enib. Məlumata görə, əvvəlki isitmə mövsümündə bu qədər aşağı göstəricilər yalnız yanvarın üçüncü ongünlüyündə qeydə alınmışdı.

Chosen
61
publika.az

1Sources