EN

Azərbaycan hərb tarixinin daha əhatəli öyrənilməsində yeni təşəbbüs (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı İlham Əliyevin Sərəncamı ilə yaradılmış Milli MüdafiəUniversiteti Azərbaycanda hərbi təhsilin və hərb elminininkişafında yeni bir səhifə açdı. Bu Sərəncamdan sonra MüdafiəNazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsilmüəssisələrində hərbi təhsilin səmərəliyini daha da artıra biləcəkstruktur dəyişikliyi həyata keçirildi, yeni təhsil müəssisələriyaradıldı, müstəqil Hərbi Elmi Tədqiqat İnstitutu təşkil edildi. Buinstitutda respublikanın tanınmış alimləri elmi-tədqiqat işləriaparır, hərb elminin müxtəlif aktual sahələri ilə məşğul olurlar.Tarix elmləri doktoru, professor, istefada olan polkovnik MehmanSüleymanov da belə alimlərdən biridir. Mehman Süleymanov AzərbaycanOrdusunun təşkilinin ilk aylarından ordu sıralarında xidmətəbaşlamış, Azərbaycanda hərb elminin təşkilatlanmasında vəformalaşmasında dəyərli işlər görmüşdür. Bütün xidmət yolunuAzərbaycanın hərb tarixinin ən aktual mövzularının araşdırılmasınahəsr edən Mehman Süleymanov Azərbaycan Respublikası SilahlıQüvvələrində ilk dəfə həm namizədlik dissertasiyası, həm də ilkdəfə doktorluq dissertasiyası müdafiə edib. Mehman Süleymanovrespublika daxilində kifayət qədər tanınmış bir alimdir. OnunAzərbaycanda gənc tarixçi alimlərin yetişməsində də dəyərli roluolub. Son bir neçə il ərzində o, Azərbaycan Milli ElmlərAkademiyası A.Bakıxanov adına Tarix institutunun nəzdində fəaliyyətgöstərən Müdafiə Şurasının sədr müavini olub.

Mehman Süleymanovun Azərbaycanın hərbi və hərbi-siyasi tarixininmüxtəlif mövzularına həsr etdiyi sanballı işləri elmi dairələr vəictimaiyyət maraqla qarşılayıb. Bu marağın nəticəsidir ki,M.Süleymanovun “Nadir şah” (Bakı, Azərnəşr, 2025, 664 səh.) və“Gülüstan müqaviləsi” (Bakı, Azərnəşr, 2025, 620 səh.)monoqrafiyaları Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış xüsusikomissiya tərəfindən təkrar çapa tövsiyə olunub. “Nadir şah” və“Gülüstan müqaviləsi” kitabının 1-ci cildi artıq işıq üzü görüb.Kitabın ikinci cildi yaxın zamanlarda işıq üzü görəcək. MədəniyyətNazirliyi həmin kitabları respublika kitabxanaları fondlarınınzənginləşdirilməsi məqsədi ilə nəşr etdirib.

Bu kitabların hər ikisi Azərbaycan tarixinin çox maraqlısəhifələrinin öyrənilməsinə həsr edilib. Hər iki monoqrafiyanınyazılması üçün müəllif Azərbaycan, türk, fars, rus və ingilisdilində mövcud olan ilkin mənbələrdən və mötəbər ədəbiyyatlardanistifadə edilib. Nəticədə Şərqin böyük fatehi olan Nadir şahınhəyatının və təsvirlərə sığmayan sərkərdəlik qabiliyyətinin bütövelmi mənzərəsi yaradılıb.

“Gülüstan müqaviləsi” monoqrafiyası Azərbaycan xalqınıntarixində heç zaman unudulmayacaq mürtəce bir tarixi hadisəyə həsredilib. Azərbaycan ictimaiyyətinin yaddaşında nisgilli izlər qoymuşbu hadisənin baş verməsinə aparan tarixi yol ilk dəfədir geniş vəəhatəli şəkildə araşdırılıb. Kitabda Azərbaycanın dövlətçiliktarixində xüsusi bir mərhələ olan xanlıqların meydana gəlməsi,onların mövcudluğu, Rusiya imperiyasına və Qacar İranına qarşıapardığı mübarizəsi geniş işıqlandırılıb. Təqdirəlayiq bir haldırki, Mədəniyyət Nazirliyi bu kitabın çoxaldılaraq respublikakitabxanalarına yayılması haqqında qərar verib. Nəticədərespublikada daha çox oxucu Azərbaycan torpaqlarının bölünməsinirəsmiləşdirilmiş bu hadisəyə və ona qarşı tarixi mübarizəyə aparanyol haqqında geniş və mötəbər məlumat ala biləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr PlanınınTərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzəKomissiyasının 15 dekabr 2025-ci il tarixli iclasında növbəti ildəMehman Süleymanovun daha üç kitabının nəşri haqqında qərar verilib.Bu kitablar siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlıilə birlikdə yazılmış “Vətən müharibəsinin salnaməsi”dir. Bu üçcildlik monoqrafiya Azərbaycanın müstəqillik tarixinə qızılhərflərlə yazılmış böyük Zəfərin qazanılması üçün aparılmış Vətənmüharibəsinin tarixinin araşdırılmasına həsr edilib. Təxminən 30 ildavam edən erməni işğalçılığının aradan qaldırılması, Azərbaycanınərazi bütövlüyünün tam bərpa edilməsi uğrunda AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin rəhbərliyi ilə xalqın, dövlətin və SilahlıQüvvələrin fədakar mübarizəsi, bu müharibənin Qələbə ilə başaçatdırılması üçün diplomatiya və informasiya sahəsində tarixifəaliyyət geniş şəkildə təhlil edilərək oxuculara çatdırılıb.

Mədəniyyət Nazirliyinin həmin Komissiyası tərəfindən mötəbərsənədlər və faktlar əsasında hazırlanmış bu monoqrafiya Vətənmüharibəsinin elmi şəkildə öyrənilməsi baxımından dəyərli bir işkimi qiymətləndirilib, onun daha geniş auditoriyaya yayılmasıhaqqında təşəbbüs qaldırılıb.

Mədəniyyət Nazirliyinin bu qərarı Milli Müdafiə Universitetiçərçivəsində Azərbaycanın hərb tarixinin, o cümlədən Vətənmüharibəsi tarixinin öyrənilməsi istiqamətində dəyərli işlərgörülməsinə əlavə bir stimuldur, tariximizə, tariximizinöyrənilməsinə böyük, gərəkli töhfədir.

Əməkdar jurnalist
Rəşid Hüseynov

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
91
1
az.trend.az

2Sources