EN

Bennett: “Xainləri müdafiə edənlər baş nazir postunu tuta bilməz”

ain.az, Bizimyol saytına istinadən bildirir.

“Əməlin ifşa olunmasından sonra belə xainləri müdafiə etməyə, eləcə də onların hüquqi müdafiəsini maliyyələşdirməyə davam edən hər kəs İsrailin təhlükəsizliyinə sədaqət kimi ən əsas borcunu pozur və bir dəqiqə belə baş nazir vəzifəsində qala bilməz”.

Bizimyol.info xəbər verir ki, bunu İsrailin sabiq baş naziri Naftali Bennett “Qatargeyt” işi ilə bağlı açıqlama verərək bildirib.

Bennettin sözlərinə görə, istintaqın nəticələri göstərir ki, müharibənin qızğın çağında İsrailin ali idarəetmə mərkəzi — baş nazirin kanselyariyası — çirkli pullar hesabına ərəb-islamçı terrorçu dövlət olan Qətər tərəfindən idarə edilib. “Bu, İsrailin indiyədək gördüyü ən zəhərli xəyanətdir”, — deyə sabiq baş nazir vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
68
icma.az

1Sources