EN

Siyasi toplantıya gəldi, lakin… Paşinyanın bu videosu gündəm oldu – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə növbəti qeyri-adi paylaşımı ilə diqqət çəkib. O, öz şeirlərinə bəstələnən musiqini zərb alətlərində ifa etdiyi videogörüntünü yayımlayıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Paşinyan videoya əlavə etdiyi qeyddə bildirib ki, onun müəllifi olduğu şeir “Real Ermənistan — Ermənistan Respublikası” adı altında mahnıya çevrilib.

Məlumata görə, sözügedən video İrəvan yaxınlığında yerləşən restoranlardan birində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının keçirdiyi siyasi toplantıdan sonra lentə alınıb.

Chosen
41
2
konkret.az

3Sources