EN

Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi nə vaxt həll olunacaq?VİDEO

Həyətləri su basıb...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xəzər rayonu Binə qəsəbəsindəndir. Yollar, həyətlər suya qərq olub, hərəkət çətinləşib. Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, bu vəziyyətdə yaşamağa məcburdurlar.

Sakinlər deyirlər ki, sözügedən ərazidə kanalizasiya sisteminin olmaması qrunt və çirkab suların buraya axmasına səbəb olur.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, mərkəzləşmiş tullantı su şəbəkələri olmayan yerlərdə, o cümlədən qeyd olunan ərazidə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.

Sistemin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Chosen
76
xezerxeber.az

1Sources