Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.