EN

Fənərbaxça qışda bu futbolçularla yollarını ayıracaq

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Qış transfer dönəminə çox sürətli start verən ''Fənərbaxça'' heyəti gücləndirməkdən savayı bir sıra isimlərlə yolları ayırmağı planlaşdırır. ''Sabah'' nəşrinin yazdığına inansaq, baş məşqçi Domeniko Tedesko bu qış 7 futbolçu ilə yolların ayrılmasını istəyib. Söhbət ilk növbədə əsas komandadan kənarlaşdırılan futbolçular - İrfan Can Kahveci, Cenk Tosun və Rodriqo Bekaodan gedir. İllik maaşı 1,8 milyon avro olan və klubla 2028-ə qədər müqaviləsi olan Bekao ayrılmaq üçün qalan maaşının hamısını tələb edir. İrfana Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' maraq göstərir. ''Fənər'' bu satışdan 10 milyon avro qazana bilər. Tedeskonun ayrılmasına icazə verdiyi digər isimlər qapıçı İrfan Can Eğribayat, eləcə də Sebastyan Şimanski, Yussef Ən-Nəsiri və Əmrə Mordu. Sonuncunun zatən komandada varlığı ilə yoxluğu bilinmir. Əmrənin müqaviləsi qarşılıqlı şəkildə ləğv ediləcək. Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı olan Ən-Nəsiri kluba 30-35 milyon avro qazandıra bilər. Bu arada iddialara inansaq, ''Fənərbaxça''ya yayda gələn Arçi Braun da yanvarda ayrıla bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
67
1
icma.az

2Sources