EN

Tusk: Avropa liderləri Tramp–Zelenski görüşündən sonra iclas keçirəcək

Polşanın Baş naziri Donald Tusk bildirib ki, Avropa liderləri ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə 28 dekabrda Floridada keçirəcəyi görüşdən sonra Ukrayna məsələsi üzrə növbəti iclası baş tutacaq.

“Sabah Zelenski ilə Trampın görüşündən sonra müzakirələri davam etdirəcəyik”, – deyə Tusk X sosial şəbəkəsində yazıb.

O, həmçinin qeyd edib ki, bu gün keçirilən telefon danışıqları zamanı Avropa liderləri sülhün təmin olunmasında əsas məsələnin Kiyev üçün təhlükəsizlik zəmanətləri olduğu qənaətinə gəliblər.

Chosen
36
1
apa.az

2Sources