EN

"Arsenal" iki qol vurdu, "Mançester Siti"ni zirvədən aşağı saldı - VİDEO

İngiltərə Premyer Liqasında 18-ci turun oyunıarı davam edir.

Sportinfo.az xəbər verir ki, "Arsenal" doğma meydanda "Brayton"u qəbul edib.

Qarşılaşma "topçular"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 42-yə yüksəldən "Arsenal" liderliyi "Mançester Siti"nin əlindən alıb. 24 xalı olan "Brayton" isə 12-ci yerdədir.

"Arsenal" - "Brayton" 2:1
Qollar:
Martin Edeqor, 14, Corcinio Rutter, 52 (avtoqol) - Dieqo Qomes, 64

Chosen
61
sportinfo.az

1Sources